İstanbulda polis idarəsinə silahlı hücum – 1 qadın yaralandı

3 Mart 2016 12:54 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hücumu 2 qadın terrorçu həyata keçirib. Onlar polis idarəsinə qumbaralar atdıqdan sonra polislərə doğru atəş açıblar. Terrorçularla polislər arasında baş verən atışmada qadınlardan birinin yaralandığı bildirilir. Məlumata görə, hadisə yerindən qaçan qadın terorçular yaxınlıqdakı bir binaya sığınıblar.

Hazırda polis əməliyyata hazırlaşır.

Aydan Axundova