Həkimlər cərimə olunacaq - 500 manat

3 Mart 2016 15:23 (UTC+04:00)

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə olunması müzakirəyə çıxarılıb.

Yeni 215.3-cü maddəyə görə, ixtisaslaşdırılmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq olunmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

APA.az