2 gündə 23 nəfər asıldı
9 Noyabr 2012 10:28 (UTC+04:00)
İranda son 2 gündə 23 nəfər edam edilib. Bu ölkənin İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, noyabrın 7 və 8-də İranda 23 nəfər edam olunub.
Şirazda saxlanılan 7 məhbusdan ümumilikdə 200 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 8 məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra icra edilib.
Məhbuslardan 5-nin Şirazda əhalinin gözü qarşısında, 2-nin Şirazın Adilabad həbsxanasında, 1-nin isə Məşhəd həbsxanasında asıldığı barədə məlumat var.
Alpər Oğuz
AzNews.az