VIII əsrə aid şəhər tapıldı - Ərazidə nəhəng ticarət mərkəzi olub
3 Mart 2016 18:00 (UTC+04:00)
AzNews.az xəbər verir ki, tapıntı barədə Şeffildski universitetinin press-relizində məlumat verilib. Alimlər sözügedən ərazidə VIII əsrə aid quru ilə birləşmiş adada nəhəng monastır və ya ticarət mərkəzi olduğunu düşünürlər.
Şəhər barədə ilk izləri həvəskar arxeoloq Qraham Vikers tapıb. O, Little Karlton kəndi ətrafındakı sahədə metal dedektoru vasitəsilə gümüş qələm tapıb. Vikers tapıntısı barədə hökumətə xəbər verib. Bundan sonra alimlər ərazidə daha 21 qələm, təxminən 300 sancaq, Kudberq qadın adı ilə qurğuşun lövhə və çox sayda qəpik aşkarlayıblar.
Şeffildski universitetinin arxeoloqları ərazidə geofiziki və maqnitometrik müayinələr həyata keçiriblər. Məlum olub ki, qazıntı yerində əvvəllər iki çay arasında yerləşən ada olub. VIII əsrə aid ərazinin landşaftı kompüterdə hazırlanıb. İndi tələbə arxeoloqlar naməlum yaşayış məskəni ərazisində planlı qazıntılar aparmağa başlayıblar.
Bir çox artefaktlar ərazidə böyük sənət istehsalının olduğunu göstərir. Şəhərin əhalisinin çox olduğu güman edilir. Alimlər bunu ərazidə tapılan çoxsaylı insan və heyvan sümüklərindən müəyyən ediblər. Lakin ərazinin dəqiq adını hələki müəyyən etmək mümkün olmayıb.