TAP-ın tikintisi barədə saziş - Təsdiqləndi

3 Mart 2016 18:52 (UTC+04:00)


Bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, Avropa Komissiyası həmin sazişi Avropa İttifaqının daxili bazar qaydalarına uyğun hesab edib və TAP layihəsi bu qaydalar üzrə icra olunur.

TAP-ın icraçı direktoru Yan Bradşou deyib: "Bu qərar TAP layihəsinin icrası istiqamətində mühüm addımdır. TAP Yunanıstan hökuməti ilə tikinti və layihənin həyata keçirilməsi üzrə əməkdaşlığını davam etdirir".

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

Azərtac