Gəncə-Şəmkir yolunda ağır qəza - 3 yaralı (FOTO, Yenilənib)

4 Mart 2016 00:13 (UTC+04:00)

Xəsarət alanlar sürücü, Şəmkirin Muxtariyyə kənd sakini, 1989-cu il təvəllüdlü Eşqin Qasımov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Lamiyə Qasımova və digər sərnişin 1990-cı il təvəllüdlü Tural Kamillidir.

Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

***
22:43

Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

"Lada Priora" markalı avtomobil eyni istiqamətdə hərəkət edən "Kamaz" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.






Apa