Nahid Emiloğlu: “İçim özümü, çölüm özgəni yandırır!”

9 Noyabr 2012 12:13 (UTC+04:00)
Bu gün tanınmış təşkilatçı Nahid Emiloğlunun doğum günü olmasına baxmayaraq, 34 yaşını işləməklə qeyd edir. O, AzNews.az-a açıqlamasında bildirib ki, hal-hazırda idarədə işlərinin başındadır və həmişəki kimi çalışır.

N.Emiloğlu ona verilən hədiyyələrdən də danışıb: "Hədiyyələr çox olub. Onların dəyəri önəmli deyil. Amma ətirləri çox sevirəm. Ən çox sevdiyim ətir hədiyyələrin arasında var. "Şeyx" adlı ətirin qoxusu məni valeh edir".

Təşkilatçı özünü qoca hiss etdiyini bildirərək maraqlı açıqlamayla diqqəti çəkib: "34 yaşım tamam oldu. Amma qocaldıq… indi elə bil ki, 68 yaşım var. Ruhən çox qocayam. İçim özümü, çölüm özgəni yandırır!"

Qeyd edək ki, N.Emiloğlu dünya şöhrətli sənətçilərin Bakıda konsertinin təşkil etməsiylə məşhur olub.

Fuad Mədətov

AzNews.az