Qeyri-kommersiya qurumlarının qeydiyyatında - Dəyişiklik
3 Mart 2016 23:45 (UTC+04:00)
Ədliyyə naziri Fikrət Məmmədov dəyişikliklə bağlı qərarı imzalayıb.
Bu qaydalar qeyri-kommersiya qurumlarının, xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Dəyişikliklə, nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu tələb olunacaq.
Modern.az