Fəxri xiyabanın qarşısında qəza baş verdi - Foto

4 Mart 2016 12:22 (UTC+04:00)

Hadisə paytaxtın Parlament prospektində, Fəxri xiyabanın yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olan "Ford" markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Avtomobillərdən biri təhlükəsizlik şirkətinin əməkdaşına məxsus olub.

Faktla bağlı araşdırma aparılır.

Report.az