“Neftçi” klubunun sabiq futbolçusu vəfat etdi

4 Mart 2016 12:40 (UTC+04:00)

Tanınmış veteran futbolçu Yuri Kuznetsov vəfat edib.

O, 85 yaşında dünyasını dəyişib. 1952-55 və 1960-64-cü illərdə "Neftçi"nin heyətində çıxış edən hücumçu SSRİ yığmasında 3 qol vurub. Kuznetsov 2 dəfə - 1955 və 1959-cu ildə adı SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına daxil olunub.

SSRİ yığmasına I liqadan çağırılan ilk futbolçu kimi tarixə düşən Kuznetsov 1955-60-cı illərdə Moskva "Dinamo"sunda çıxış edib. O, 3 dəfə SSRİ çempionu olub.

Futbolçu karyerasını bitirəndən sonra 1988-ci ildə "Neftçi"yə baş məşqçi kimi qayıdan Kuznetsovun bu fəaliyyəti uzun sürməyib.

Qeyd edək ki, 2016-cı ildə "Neftçi"nin daha bir veteranı Valeri Hacıyev də vəfat edib.

Apasport.az