NATO-nun mobil qrupu Bakıda təlim kursu keçirdi - Fotolar

4 Mart 2016 13:04 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlim kursu Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin birgə iştirakı ilə keçirilib.

İştirakçılara operativ və taktiki səviyyədə "Döyüş sahəsinin hazırlığı", "Məlumatların toplanılması, təhlili və ötürülməsi" və digər mövzularda mühazirələr təqdim olunub, eləcə də praktiki vərdişlərin artırılması məqsədilə sülhməramlı əməliyyatlar ssenarisinə uyğun komanda-qərargah məşqləri keçirilib.