Samir yenidən səhnədə - Aygünlə duet oxudu (Video)

4 Mart 2016 14:39 (UTC+04:00)


AzNews.az-a açıqlama verən xalq artisti illər öncə oxuduğu "Səninlə" mahnısı ilə səhnədən xeyli vaxtdır uzaq düşmüş Samir Bağırovu yenidən səhnəyə qaytarıb.

Dueti ilə bağlı açıqlama verən A.Kazımova Samirin səhnə üçün doğulduğunu deyib: "Mən Samirin xətrini çox istəyirəm. Artıq neçə ildir ki, o, bu sənətdən uzaqlaşıb. Amma mən bunu istəmirəm. İstəyirəm ki, Samir yenidən sənətə qayıtsın. Bu duetimiz ayağı inşallah ki, Samir Bağırova düşərli olar. Samir səhnə üçün doğulub".

Qeyd edək ki, "Səninlə" mahnısının musiqisi Emil Şahinə, sözləri isə Cəlal Qurbanova aiddir.