Türkiyəli sürücü yol polisinin paxırını açdı - Video

4 Mart 2016 16:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Həsən Comərd sözügedən yolda hərəkət edərkən sürət həddi 70 km/saat olan yolda qarşısında 20 km/saatla hərəkət edən avtomobili ötüb. Ötmə əməliyyatını həyata keçirərkən TIR sürücüsü 60 km/saatla hərəkət edirmiş. Lakin bir az irəlilədikdən sonra o, yol polisləri tərəfindən saxlanılıb. Polislər ona yol hərəkəti qaydasını pozduğunu və vətəndaşı təhqir etdiyini deyərək sənədlərini tələb ediblər. H.Comərd isə hər şeyi qeydə aldığını deyərək, polislərin də videoya baxmasını və araşdırma aparmasını tələb edib.

Təxminən 11 dəqiqəlik dialoqdan sonra polislər onun qaydaları pozduğunu sübut edə bilməyib və sərbəst buraxıblar.

Polislə Türkiyə vətəndaşı arasında yaşanan olayın görüntülərini təqdim edirik: