Həmsədrdən Qarabağ açıqlaması - “Qərarlar məcburedici qüvvəyə malik deyil”

4 Mart 2016 19:37 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qətnamə qəbul edib.