Qazaxda iki “VAZ” toqquşdu - Ölən və yaralananlar var

5 Mart 2016 10:19 (UTC+04:00)

Hadisə bu gün səhər saatlarında magistral yolun 496-ci kilometrliyində, Qazax rayon ərazisində qeydə alınıb. "VAZ - 2106" və "VAZ - 2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Ölən şəxsin Tovuz sakini, 1988-ci il təvəllüdlü Ceyhun Əliyev olduğu müəyyənləşib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

APA.az