Saatlıda 2 çoban suda boğuldu

5 Mart 2016 10:28 (UTC+04:00)

Həmin şəxslər Quba rayonunun Xalaxudat kənd sakinləri, 1989-cu il təvəllüdlü Gülməliyev Süleyman Səttar oğlu və 1998-ci il təvəllüdlü Rəhimov Məhərrəm Zöhrab oğludur. Onların çoban olduqları bildirilir. Bu şəxslərin hansı şəraitdə suda boğulduqları istintaq tərəfindən araşdırılır.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

APA.az