Tovuzda intihar - 18 yaşlı oğlan özünü asdı

5 Mart 2016 10:38 (UTC+04:00)

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Həsənov özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

APA.az