İranda məktəbliləri daşıyan avtobus aşıb

9 Noyabr 2012 18:17 (UTC+04:00)
İranın Səbzivar şəhərində 2 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə dünən yerli vaxtla saat 23:30 radələrində baş verib.

Məktəbliləri İran-İraq müharibəsinə həsr olunan abidəni ziyarət etmək üçün aparan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. 2 nəfər elə yerindəcə keçinib. Yaralılar məktəblilər isə yaxınlıqdakı xəstəxanaya aparılıb.

AzNews.az