Azərbaycanda motosiklet 2 nəfəri vurdu - 1nəfər öldü

5 Mart 2016 13:47 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, martın 4-də saat 16 radələrində Neftçala rayonunun Xolqaraqaşlı kəndində kənd sakini Murad Şahpələngov idarə etdiyi "MT-1" markalı motosikletlə yolu keçən həmkəndliləri Güldəstə Zeynalovanı və Yeganə Təhməzovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Y.Təhməzova orada ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.