Putindən Səməd Vurğun adına Rus Dram Teatrına - Təşəkkür

5 Mart 2016 17:07 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə və Rusiya teatr sənəti ənənələrinin inkişafına görə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına təşəkkür edib.

Dövlət başçısı bu barədə sərəncam imzalayıb.