Ata ilə oğlu bıçaqlandı - Bakıda

5 Mart 2016 18:32 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Sabunçunun Balaxanı qəsəbəsindən qəsəbə sakinləri Valeh Quliyev və oğlu Bəyəli Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Nəriman Şahmirzəyev tutulub.