“Günahlarımdan qorxub hicab bağladım” - Müğənni

5 Mart 2016 18:43 (UTC+04:00)

AzNews.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi "Bizimləsən" verilişində Allahın qəzəbindən qorxduğunu deyib:

"Mən ölümdən və qəbr əzabından qorxdum. Anladım ki, bu dünyadan heç kim tutub nəsə apara bilməz. Günahlarımdan qaçmaq istədim. İstədim ki, Allahın nəzəri üzərimdə olsun. Mən Allahın qəzəbindən, əlimdəkiləri alacağından, cəzalandıracağından, günahlarımdan qorxub hicab bağladım. Qorxdum ki, bu hara gedir, axırı haradır?".