Bakı-Qazax yolunda qəza - Sürücü yaralandı

5 Mart 2016 22:06 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Qazax rayonunda baş verib.

Sürücü 29 yaşlı Teyyub Əliyev qarın nahiyyəsinin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Xəstə əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.