Rusiyada neft yatağında partlayış - Ölən və yaralılar var

5 Mart 2016 22:35 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.

Məlumata əsasən, "Yarudeysk" neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.