Uşaq bağçasında yanğın

10 Noyabr 2012 06:09 (UTC+04:00)
Sumqayıtdakı 9-cu mikrorayonda yerləşən 51 saylı uşaq bağçasında yanğın baş verib.

Şəhər polis idarəsinin növbətçi hissəsindən verilən məlumata görə, hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasında təmir işləri aparılırmış.

Yanğın isə binanın ikinci mərtəbəsində qeydə alınıb. Yanğın söndürülərək alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

AzNews.az