İranlı milyarder edam olunacaq

6 Mart 2016 16:50 (UTC+04:00)

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, Zəncaninin adı korrupsiyada hallanırdı.

Məlumata görə, biznesmen 2013-cü ildə öz şirkəti üzərindən satılan neftin gəlirlərini İran Mərkəzi Bankına əksik yatırmaqda günahlandırılırdı. Zəncaninin bu yolla hesabına 2.8 milyard dollar keçirdiyi iddia edilirdi.

Xəbər verilir ki, milyarderlə birlikdə günahlandırılan daha iki nəfərə də edam cəzası verilib və mənimsədikləri pulların geri qaytarılması tələb olunub.

Qeyd edək ki, Zəncani Türkiyə, BƏƏ və Malayziyadakı şirkətləri vasitəsi ilə İran dövləti adına milyonlarla barel neft sattığını qəbul etmişdi.