ABŞ-ın keçmiş birinci xanımı vəfat etdi

6 Mart 2016 23:21 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, Reyqanın ölümünü onun ailə üzvləri təsdiqləyib.

Qeyd olunur ki, Nensi Reyqan son illər Los-Ancelesdə yaşayıb, onun səhhəti getdikcə pisləşirdi. O, öz evində ürək çatışmazlığından ölüb.

Keçmiş birinci xanım ərinin yanında, Simi-Vellidə Ronal Reyqan adına prezident kitabxanasının ərazisində dəfn olunacaq.