Bakı-Qazax yolunda avtobus qəzası - Yaralılar var

6 Mart 2016 23:55 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə Qazax rayon sakini, 1993-cü il təvəllüdlü İbrahim Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Nəticədə "Mercedes"in sürücüsü və sərnişin, 1995-ci il təvəllüdlü Elfaq Quliyev müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.