İcra başçısı sakinlərlə görüşdü - Fotolar

7 Mart 2016 10:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüş zamanı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə olunması barədə prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər müzakirə olunub. Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə Qayıdış qəsəbələrində və Araz Dilağarda və Araz Zərgər kəndlərində kənd sakinlərinin həyatyani torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

Məcburi köçkünlərdə rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər.