Ağdaşda avtomobil hasara çırpıldı - 2 nəfər öldü

7 Mart 2016 13:10 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istimnadən xəbər verir ki, martın 6-da saat 20 radələrində Ağdaş rayonunun Türyançay qəsəbəsində Qəbələ rayon sakini Nail Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Şəfiqə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.