Ərdoğanın ailəsində xoş gün - Qızı nişanlandı (Foto)

7 Mart 2016 16:47 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezident qızı yerli pilotsuz uçan aparat istehsal edən "Baykar Makina"nın sahibi Özdemir Bayraktarın oğlu Selçuk Bayraktarla nişanlanıb. Xəbər Bayraktar ailəsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Selçuk Bayraktar elektron mühəndisliyini bitirib. Daha sonra ABŞ-a gedən Selçuk Pensilvaniya Universitetində pilotsuz uçan aparat ixtisası üzrə magistr oxuyub, Massaçusets Texnologiya İnstitutunda isə robot texnikası nəzarət sistemləri mövzusunda doktorluq müdafiə edib. 11 ildir ki öz şirkətində çalışan Selçuk Bayraktar bir çox sistemin yerli məkanda inkişaf etdirilməsi layihəsində yer alıb. Selçuk Bayraktar yerli "pilotsuz uçan aparat Bayraktar"ı dizayn edən qrupda ön sırada iştirak edib.



Aydan Axundova