“Keçəl” Elzaya qəzəbləndi: ““Qaz bayramı” deyəndə nəyi nəzərdə tutur?”

7 Mart 2016 18:06 (UTC+04:00)


E.Seyidcahanın bu addımından qəzəblənən, uzun illər Novruz bayramı tədbirlərində keçəl rolunun ifaçısı olan aktyor Qafar Novruzlu AzNews.az-a danışıb. O, Elzanın səhv etdiyini deyib: "Elza xanım niyə belə deyib? Qazın Novruza nə aidiyyəti var? Ona hörmətim var, amma Elza xanım burada səhv edib. Mən bunu Elza xanımdan soruşacağam. Bəlkə o, bunun bir məcazi mənasını tapıb, nəyəsə söykənib yazıb? Bu, qaz bayramı deyil, hər halda o, mənə açıqlama verməlidir. Kosanın xatirinə bunu açıqlasın".

Q.Novruzlu "qaz bayramı" fikri ilə bağlı öz versiyasını da irəli sürüb: "Bəlkə Elza xanım Novruza yeni bir adət gətirmək istəyib. Yəni demək istəyib ki, bayram plovunun üstündə bundan sonra qaz olmalıdır. Ya da bu bayram ərəfəsində insanların "soyulduğunu" demək istəyir. Mağazalar od tutub yanır, hər şey baha qiymətə satılır. İnsanlar qaz kimi "soyulsa" da evinə bazarlıq etməyə məcburdur. Bəlkə Elza xanım bu məntiqlə yanaşıb? Amma mən Elza xanımın bu məntiqlə çıxış etməsinə inanmıram".

Bahar RÜSTƏMLİ
AzNews.az