İvanişvili Rasmussenlə görüşəcək
10 Noyabr 2012 07:07 (UTC+04:00)
Gürcüstanın Baş naziri Bidzin İvanişvilinin NATO Baş katibi Anders Fog Rasmussenlə görüşəcəyi bildirlir.
AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa və Avro-Atlantik strukturlara İnteqrasiya üzrə nazir Aleksi Petriaşvili deyib və bildirib ki, görüş yaxın zamanlarda baş tutacaq.
O, bir çox önəmli məsələlərin müzakirə olunacağını desə də, görüşün harada keçiriləcəyini açıqlamayıb.
Sadiq Musa
AzNews.az