Sumqayıt yolundakı təpələr sökülür - Fotolar
9 Mart 2016 10:11 (UTC+04:00)
Yolun avtovağzal tərəfdəki təpələr tam sökülüb. Bununla da yol təxminən 6 metr genişlənib.
Təpənin "Şamaxinka"ya doğru uzanan hissəsi isə tam sökülməyəcək. İş icraçısı "Qafqazinfo"ya bildirib ki, burada 2 metr enində genişləndirmə işləri aparılacaq. Təpəcik də 2-3 metr məsafədə söküləcək və təpənin üzərindəki fiqurlar saxlanılacaq. Bu işlər təxminən 1 həftəyə başa çatdırılacaq.
Qafqazinfo.az