Neolit dövrünə aid iki cəsəd tapıldı

10 Noyabr 2012 07:24 (UTC+04:00)
İsrail arxeoloqları neolit dövründə tikildiyi bildirilən qədim quyu aşkarlayıblar. 8,5 min il bundan əvvələ təsadüf edən tikili insanın hələ metal və keramikadan isitifadə etmədiyi bir zamanda mədəni və iqtisadi əlaqələri öyrənmək üçün geniş material verir.

Qədim quyuda neolit dövrünə aid müxtəlif əşyalarla yanaşı, iki gəncin cəsədlərinin qalıqları da tapılıb. Cəsədlərin gənc qız və oğlana aid olduğu bildirilir.

Elnarə Əlosmanqızı
Aznews.az