Bu ilin ilk Günəş tutulması baş verdi

9 Mart 2016 10:46 (UTC+04:00)
Tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayıb. Tutulmanı Hind okeanının Şərq sahillərində, İndoneziyada və Sakit okean hövzəsində müşahidə etmək mümkün olub.

Günəş tutulması saat 8:34-dək davam edəcək. Tam tutulma 05:57-də baş tutub. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünüb. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində müşahidə edilib.

Bu təbiət hadisəsini Azərbaycandan izləmək mümkün olmayacaq.

Azərtac.az