Bakıda ailə faciəsi - Ana və oğlu dəm qazından boğularaq öldü

9 Mart 2016 11:14 (UTC+04:00)

Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

APA.az