11 yaşlı uşaq niyə intihar edib? - Prokurorluqdan açıqlama

9 Mart 2016 12:42 (UTC+04:00)


Prokuror köməkçisi Əfəndiyev Zaur Abdulməcidoviç AzNews.az-a açıqlamasında bildirib ki, hazırda X.Kazımovanın ölümü ilə əlaqədar istintaq başlanılıb:
"Xədicə özünü həyətdəki tövlədən asıb. Onun ölümü bizə də qəribədir. Azyaşlının nə üçün intihar etməsinin səbəbi ilə bağlı versiyalar deyə bilmirik. Ona görə ki, ailə üzvləri də deyə bilmir. Bu, ancaq istintaqın gedişində məlum olacaq".

Z.Abdulməcidoviç X.Kazımovanın heç bir psixoloji problemi olmadığını deyib: "Valideynləri onun problemsiz bir uşaq olduğunu deyirlər".

Xatırladaq ki, ötən gün axşam saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə özünü ip ilə asaraq intihar edib.

Bahar RÜSTƏMLİ
AzNews-az