Putin Sarkisyanla görüşəcək - Moskvada

9 Mart 2016 13:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüş martın 10-da Moskvada baş tutacaq.

Bu barədə Kremlin rəsmi saytında məlumat verilib. "Söhbət əsnasında ticarət-investisiya, enerji və humanitar sahədə ikitərəfli əməkdaşlığın aparıcı mövzularının, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi gözlənilir", - deyə məlumatda qeyd olunur.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi diqqət yetiriləcəyi bildirilir.

Aydan AXUNDOVA