Ermənistanla Rusiya arasında HƏRBİ müqavilə

10 Noyabr 2012 07:59 (UTC+04:00)
Ermənistanla Rusiya arasında yeni hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə imzalanacaq. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan verib.

"Biz hərbi-texniki əməkdaşlıqla bağlı yeni müqavilənin bağlanmasını razılaşdırmışıq. Sonuncu müqavilədən artıq 20 il ötür, yenilənməsinə ehtiyac var". O, həmçinin qeyd edib ki, yeni müqavilə hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə səbəb olacaq.

Sadiq Musa
AzNews.az