İŞİD-ın kimyəvi silah üzrə aparıcı mütəxəssisi yaxalandı

9 Mart 2016 20:43 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Süleyman Daud əl-Əfri İraqın şimalında keçirilən əməliyyat nəticəsində tutulub.

Məlumata əsasən, vaxtilə Səddam Hüseynə işləyən əl-Əfri İŞİD üçün kimyəvi və bioloji silahın hazırlanması üzərində işləyib.