Mülki Məcəlləyə dəyişikliklər təsdiqləndi

9 Mart 2016 21:05 (UTC+04:00)

AzNews.az
xəbər verir ki, dəyişikliklərə əsasən, məcəllənin 986-3.2.2-ci maddəsində "Azərbaycan Respublikasının Mərkəzi Bankına" sözləri "maliyyə bazarlarına nəzarət orqanına" sözləri ilə əvəz edilir.

Bundan başqa, 1048-2.4-cü maddədə "qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının və Mərkəzi Bankın normativ hüquqi" sözləri "maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli" sözləri ilə əvəz edilir.