Binada sayğaclar alışaraq yandı
10 Mart 2016 10:00 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda beşmərtəbəli binanın 3-cü mərtəbəsində elektrik şitində quraşdırılan 3 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 2:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.