NATO-nun ekspert qrupunun iştirakı ilə görüş başladı - Fotolar

10 Mart 2016 10:22 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanla NATO arasında birgə fəaliyyət planına uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb.

İki gün davam edəcək tədbirdə Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində 2016-cı il üçün planlaşdırılmış fəaliyyətlər müzakirə olunacaq, müdafiə və təhlükəsizlik sahəsini əhatə edən bir sıra mövzular üzrə mühazirələr oxunacaq.