48 yaşlı qadın döyülərək öldürüldü

10 Mart 2016 11:22 (UTC+04:00)

Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətləri olan meyiti yol kənarında aşkar edilib. İlkin olaraq polisə G. Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində G. Dadaşovanın münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib. E.Əhmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA.az