İki mədəniyyət evinin direktoru vəzifəsindən azad edildi

10 Mart 2016 12:58 (UTC+04:00)

Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.

Məlumata görə, idarənin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktoru Əliyeva Səyyarə Əjdər qızı və Nizami adına Mədəniyyət Mərkəzinin direktoru Əliyev Eldəniz Eldar oğlu tutduqları vəzifədən azad olunublar.

Xatırladaq ki, ilin əvvəlindən başlayaraq Bakı şəhərində yerləşən mədəniyyət müəsissələrində əmək fəaliyyətində aşkar edilmiş qüsurlara əsaslanaraq idarə tərəfindən bir sıra kadr dəyişikliyi həyata keçirilib.

Report.az