Mərkəzi Banka yeni rəhbər seçilə bilər - Elman Rüstəmov üçün yolun sonu...

10 Mart 2016 13:48 (UTC+04:00)

Ekspertlərin fikrincə, Mərkəzi Bankın publik hüquqi şəxsə çevrilməsi yeni situasiya ortaya çıxarıb.

AzNews.az xəbər verir ki, iqtisadçı Samir Əliyev Bankın İdarə Heyətinin yenidən formalaşdırılmalı olduğunu deyib: "Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və İdarə Heyətinin digər üzvləri yenidən seçilməlidir. Bunun üçün onları Milli Məclis yenidən təsdiq etməlidir. Bundan başqa Bankın işçiləri ilə müqavilələr yenilənməlidir".