“Gözyaşlarım məni boğub öldürdü“ - Nadir Qafarzadə

10 Mart 2016 21:39 (UTC+04:00)

Sevilən ifaçı xalq artisti İlhamə Quliyevanın ölümündən danışıb:

"Onun yoxluğunu qəbul edə bilmirəm. Onun dəfninə çata bilmədim. Ağlamaqla özümə təsəlli tapmağa çalışdım. Gözyaşlarım məni boğub öldürdü. Gələn kimi məzarına getdim. Diz çöküb üzr istədim ki, sənətkar, ölümündə yanında ola bilmədim, məni bağışla. Sənətkarın ölümü 2 qat ağır olur. Mədəniyyətimizin itkisidir.

Elə insanlar var ki, onlar ölmür, əbədi yaşayır. İlhamə xanım həmişə yaşayacaq. Ondan bir də olmayacaq. Çox çətindir mənim üçün danışmaq. Fikrimdə var ki, hər cümə axşamı onun qəbrini ziyarət edim. İstəyirəm ki, onunla hər şeyi bölüşüm. İnanıram ki, o məni eşidəcək. Ona görə deyirəm ki, insanlar, bir-birinizlə mehriban olun.

Tanınmış müğənni İlhamə Quliyevanın bir mahnısını ifa edəcəyini açıqlayıb:

"Onun bir mahnısını duet şəklində hazırlayıram. "Unuda bilməzsən" mahnısı üzərində işləyirəm. O mahnını çox sevirəm".