Bakıda avtobus xanım vəkili vurub öldürdü

11 Mart 2016 09:12 (UTC+04:00)

165 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusunun sürücüsü Nurəddin adlı şəxs metronun 20 yanvar stansiyası yaxınlığından üzü 3-cü mikrarayon dairəsi istiqamətində hərəkətdə olub. Bu zaman onun qarşısına 58 yaşlı Esmira Zeynalova çıxıb.

Şahidlərin verdiyi məlumata görə xanım yolun əks istiqamətinə yaşadığı binaya keçirmiş.

Əraziyə cəlb edilən hüquq mühafizə orqanlarının əməkdaşları ekspertizia işləri aparıblar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizasina göndərilib.

Dünyasını dəyişən piyada 58 yaşlı Esmira Zeynalovanın qohumlarının dediyinə görə mərhum vəkil işləyirmiş. Hadisə baş verməmişdən əvvəl isə o, işdən evə qayıdırmış.

Baş vermiş hadisənin dəqiq səbəbləri aparılacaq ekspertiza işlərindən sonra məlum olacaq.

Dünən gecə Bakıda küçəni keçmək istyən piyada "Kamaz"ın zərbəsinə tuş gələrək dünyasını dəyişmişdi.

anspress.com