Xaçmazda ev yandı

11 Mart 2016 09:22 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ağçay kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 4:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.